1 sentyabr növbədənkənar parlament seçkilərində 78 saylı Lənkəran kənd seçki dairəsinin əksər seçki məntəqələrində qanun pozuntusu qeydə alınıb.
BUTA.TV xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.
MSK-nın Ekspert qrupunun üzvü Baxşeyiş Əsgərovun təqdimatına əsasən, həmin dairədən qeydə alınmış deputatlığa namizəd Əzizxan İman oğlu Əzizov bu şikayətlərlə MSK-ya müraciət edib:
"Səsvermə günü seçki məntəqələrində baş vermiş pozuntularla bağlı sosial şəbəkələrdə yayılan görüntülərdə və sənədlərdə uyğunsuzluq aşkarlanıb. 42 saylı məntəqədə çəkildiyi deyilən görüntülərə baxarkən aydın olub ki, belə bir məntəqə olmayıb. Dairənin 29 və 32 saylı seçki məntəqələri istisna olmaqla, digər məntəqələrdə pozuntu aşkarlanmayıb. Ona görə də, həmin məntəqələrdə seçkinin nəticələri ləğv edilib".
MSK üzvü qeyd edib ki, dairədəki 53 seçki məntəqəsindən ikisinin nəticəsi etibarsız sayıldığından dairənin ümumi nəticələrinin ləğv edilməsinə hüquqi əsas yoxdur.
- Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!
- Vardanyan barədə sənədli film hazırlandı - Video
- Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın
- Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video
- Zəngəzur dəhlizi bir neçə məqsədə nail olacağıq - Əmirbəyov
- Azərbaycanlı kapitan Ukraynada həlak oldu - Foto
- Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN
- Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu