“Bakcell” sosial şəbəkə hesablarında “Formula 1” sponsorluğu çərçivəsində “iPhone 16” və “Formula 1” yarışına biletlər qazandıran müsabiqə elan edib.
Müsabiqədə qalib olmaq üçün şirkətin rəsmi sosial şəbəkə hesablarını izləmək və qeyd olunan şərtlərə riayət etmək kifayətdir. Şirkətdən aldığımız məlumata görə, “Formula 1” biletlərinin qazanan şəxslərin adları bu gün, “iPhone 16” qazanan şəxsin adı isə sentyabrın 17-i bəlli olacaq.
Qeyd edək ki, "Bakcell" daha əvvəl “Formula 1 Azərbaycan Qran Pri 2024”ün rəsmi tədbir sponsoru olduğunu açıqlayıb. Şirkətin sponsorluğa dair hazırladığı videoçarxda “Formula 1” bolidinin Azərbaycanın müxtəlif bölgələrindən keçərək paytaxt Bakıya gəlməsi əks olunur.
- Akademik Əjdər Məcidov vəfat etdi - Foto
- HHQ və XTQ komandanları təltif olundu
- Küləkli hava nə vaxta qədər davam edəcək?
- Quru Qoşunlarında əməliyyat təlimi keçirilir - Video
- Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı
- Əsgərliyə gedirdi, "komissarlığ"ın qarşısında maşın vurdu
- AZAL və "Sea Breeze" birgə lotereya kampaniyasına başlayır
- Özünün və digərlərinin həyatını təhlükəyə atdı - Video