Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfər batıb.
“BUTA.TV” xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Bildirilir ki, həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaşlar - 1975-ci il təvəllüdlü Məmmədov Rasim Qəhraman oğlu və 2016-cı il təvəllüdlü Məmmədzadə Aytən Rasim qızı xilas edilib.
Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2005-ci il təvəllüdlü Məmmədov Raul Rasim oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş - 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.
- ABŞ-da hakim Trampa qarşı çıxdı: Söz azadlığını pozur...
- Mirzoyan xarici səfirləri Türkiyə sərhədinə apardı
- Moskvaya gedən avtobus qəzaya uğradı: 5 ölü, 38 yaralı
- Nepalda ölənlərin sayı 734 nəfərə çatdı
- Biz hazır olmalıyıq, hücumun nə vaxt olacağını... - Karis
- 1649-cu gün: Rusiyanın itkiləri yeniləndi
- FHN-dən qeyri-sabit hava ilə bağlı əhaliyə - Müraciət
- Bunu biz təklif etməsək, Rusiya edəcək - Budanov