Azərbaycanın əksər yerlərində arabir şimşək çaxır, yağış yağır, yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterlidir, Balakən-Şəki zonasının bəzi yerlərində isə güclü olub.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 7-si saat 9:00-a olan məlumatında qeyd olunub.
Düşən yağıntının miqdarı Balakəndə 111 (aylıq normanın 144 %-i), Qaxda (Sarıbaş) 29, Şəkidə (Kişçay) 16, Zaqatala, Xaltanda 9, Göygöldə 6, Ağstafada 5, Gədəbəydə 4, Oğuz, Kəlbəcər, Daşkəsəndə 2, Naxçıvan, Şahbuz, Sədərək, Naftalan, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Qəbələ, Xızı, Quba, Qusar, Şahdağ, Bərdə, Yevlax, Lerik, Astara, Ağdam, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti 16 m/s-yə çatır.
- Bağçalara elektron qəbul başladı
- Milli Məclisin iclası başladı
- Boşanmadan da aliment ala bilərsiniz...
- Bakıda ağır qəza: avtomobil iki hissəyə bölündü - Video
- Vəzifəli şəxsin işi məhkəmədə: Pul alıb əsgərlikdən saxlayırmış
- Bu nazirə yeni müavin təyin edildi - Sərəncam
- Səhiyyə nazirinə yeni müavin təyin olundu
- Bəzi rayonlara leysan yağır