İordan çayının qərb sahilində dinc nümayiş zamanı İsrail əsgərləri tərəfindən öldürülən aktivist Ayşənur Ezgi Eyginin cənazəsi Təl-Əvivdən Bakıya gətirilib.
BUTA.TV xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.
Bakıda Türkiyə bayrağına bükülmüş cənazə səhər saatlarında Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı və səfirlik əməkdaşları tərəfindən qəbul edilib. Sonra Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyəyə yola salınıb.
Qeyd edək ki, hüquq müdafiəçisi, Beynəlxalq Həmrəylik Hərəkatının könüllüsü Ayşənur Ezgi Eygi 1998-ci ildə Antalyada anadan olub, ABŞ-da yaşayırdı. Sentyabrın 6-da İordan çayının qərb sahilində fələstinlilərə dəstək məqsədilə keçirilən dinc nümayişdə başından güllə yarası alıb. Eygi xəstəxanada dünyasını dəyişib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayşənur Ezgi Eyginin qətlini pisləyib. Dövlət başçısı vurğulayıb ki, Ankara İsrailin insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıması üçün bütün platformalarda səylərini davam etdirəcək.
- Səfirliyimizin yaxınlığına hücum: Hadisə yerindən - Foto
- Raket qalıqlarının səfirliyimizin binasına düşməsinin təfərrüatı
- Əliyevdən Zelenskiyə: Bu cür hücumlar qəbuledilməzdir!
- Azərbaycan Rusiyaya nota verib
- İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq
- Bakı və İrəvan doğru siyasət yürüdür - Papuaşvili
- Rusiya vurdu, səfirliyimizə ciddi ziyan dəydi - Video
- Bakı məlumat verdi, türk polisi əməliyyat keçirdi - Video