Son vaxtlar Tehran rəsmiləri Zəngəzur dəhlizinə qarşı çox sərt çıxış edirlər. Bu, regionun gələcək inkişafı konsepsiyası və bu perspektivdə İranın yeri ilə bağlıdır, çünki Tehran indiki vəziyyətdə daha çox imkanlara, o cümlədən nəqliyyat kommunikasiyalarına malik olmaq, regiondakı vəziyyətə təsir etmək istəyir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin keçmiş müavini Andrey Fyodorov “Moskva-Bakı” portalına müsahibəsində deyib.
“Hər şey ondan irəli gəlir ki, İran Azərbaycan və Rusiyanın bu dəhlizə nəzarət etmək istəməsindən narazıdır. Tehran Zəngəzur dəhlizi layihəsini həyata keçirməklə regionda öz təsirini müəyyən qədər itirəcəyini düşünür. Bu, təcrid olunmaqda davam edən İran üçün ən böyük suallardan biridir. Zəngəzur dəhlizi layihəsi regionun bütün nəqliyyat kommunikasiyaları sistemini dəyişə biləcək ciddi layihədir. Bu, həqiqətən də ciddi layihədir və hər kəs onun əhəmiyyətini anlayır, ona görə də mübarizə gedir. İranın öz mövqeyi var. Prezident dəyişdi. İran öz tərəfində oynayır, başqasının tərəfində deyil. Və o cümlədən Ermənistan tərəfində deyil. Vəziyyəti qiymətləndirərkən bundan yola çıxmalıyıq”, - Fyodorov bildirib.
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi