İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi Ermənistana gələcək.
BUTA.TV xəbər verir ki, bu barədə Taxt-Rəvançi X sosial şəbəkəsində erməni həmkarı Vaan Kostanyanla söhbətindən sonra məlumat yayıb.
“Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan mənə indicə xoş zəng etdi. Mən bütün qonşularımızla münasibətləri möhkəmləndirmək istəyimizi bir daha təsdiqlədim. Beynəlxalq sərhədlərin toxunulmazlığı ilə bağlı prinsipial mövqeyimizi bildirdim. Onun İrəvana səfər dəvətini məmnuniyyətlə qəbul etdim”, – deyə Taxt-Rəvançi yazıb.
Qeyd edək ki, Kostanyan iranlı həmkarına ötən gün zəng etmişdi.
- Quru Qoşunlarında əməliyyat təlimi keçirilir - Video
- Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı
- Əsgərliyə gedirdi, "komissarlığ"ın qarşısında maşın vurdu
- AZAL və "Sea Breeze" birgə lotereya kampaniyasına başlayır
- Özünün və digərlərinin həyatını təhlükəyə atdı - Video
- Sabah 35 dərəcə isti olacaq
- ADY sərnişin daşınmasını 18% artırdı
- Azərbaycan bu ölkə ilə viza rejimini ləğv edir