Ermənistan Baş naziri Nikol Paşinyanın 17 min avtomat və pulemyotun əhalidə olduğu və yoxa çıxdığını deməsi müzakirə doğurub.
BUTA.TV xəbər verir ki, Paşinyan 2020-ci ildə öz qərarı ilə erməni xalqına – o cümlədən müxalifətə silahlar paylandığını etiraf edib. Bununla bərabər, 17 min silahın yoxa çıxmasından narahatlığını bildirib.
Halbuki İkinci Qarabağ müharibəsi zamanı Paşinyanın bütün xalqa silah dağıtması və silah alanların qeydiyyatının aparılmaması haqda məlumatlar yayılarkən ekspertlər buna qarşı çağırış etmişdilər. Çünki silahları istənilən şəxs heç bir sənəd təqdim etmədən ala bilirdi – guya könüllü idilər və Azərbaycan ərazisinə müharibəyə gələcəkdilər. Ermənilərin böyük əksəriyyətinin silahları aldıqdan sonra Azərbaycan sərhədinə doğru gəlmədiklərini sonradan Ermənistan hakimiyyəti də etiraf etdi.
Bu silahların verilməsi ilə bağlı qeydiyyat aparılmadığından xüsusilə azərbaycanlı və rus ekspertlər postmüharibə dövründə Ermənistanda kriminal vəziyyətin kəskinləşəcəyini proqnozlaşdırırdılar. Təsadüfi deyil ki, hazırda Ermənistanda, hətta İrəvanın mərkəzində vaxtaşırı olaraq avtomat silahdan istifadə ilə toqquşma xəbərləri yayılır.
Erməni hərbi ekspert Karen Vrtanesyan isə ayrı fikirdədir. O bildirib ki, 44 günlük müharibədə neçə könüllü və ya çağırışçının iştirak etdiyi, nə qədərinin Ermənistandan, nə qədərinin qondarma qurumdan silah alması barədə məlumat yoxdur.
O, 17 min könüllünün olmasına inanmadığını da vurğulayıb və qeyd edib ki, Ermənistan döyüşlər zamanı ölən və silahı da meydanda qalanları hesaba almır. Vrtanesyanın fikrincə, itən 17 min avtomat və pulemyotun böyük hissəsini Azərbaycan ölən və ya silahını qoyub qaçan erməni əsgərlərdən qənimət olaraq götürüb.
- ADY sərnişin daşınmasını 18% artırdı
- Azərbaycan bu ölkə ilə viza rejimini ləğv edir
- Həkəridə batan kişinin axtarışları davam etdirilir - Video
- Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlandı
- Azərbaycanda bu tələbə və şagirdlərə sığorta ödəniləcək
- İranda partlayış səsləri - ABŞ-nin daha bir bazası vuruldu
- “Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim...” - Video
- Bu ərazidə yağıntılar aylıq normanı keçdi