Türkiyədə azərbaycanlı iş adamına məxsus 6 milyon dollar və 6 kiloqram qızılın məzarlıqda gizlədildiyi iddia edilir.
BUTA.TV Qaynarinfo-ya istinadən xəbər verir ki, FETÖ tərəfindən adı açıqlanmayan azərbaycanlı iş adamının külli miqdarda pul və qızılları ələ keçirilərək, Yalova şəhər qəbiristanlığında gizlədildiyi iddia olunur.
Bunu eşidən insanlar Yalova şəhər qəbiristanlığına gələrək, məzarları qazırlar. 3 ay ərzində yan-yana qəbirlər qazaraq pul və qızıla çatmağa çalışan şübhəlilərin bu məlumatı haradan əldə etməsi maraq doğurur.
Artıq qəbiristanlıqda məzar qazan 4 xəzinəaxtaran saxlanılıb. Saxlanılan şəxslər sonradan məhkəmə tərəfindən sərbəst buraxılıblar. 2 ay əvvəl də sözügedən qəbiristanlıqda məzar qazan 2 nəfər saxlanılmışdı.
“Ondansa, lüt çıxardı!” – Nigar Camalın səhnə geyimi olay oldu - VİDEO
Bir neçə gün əvvəl avtomobillə qəbiristanlığa gələrək orada məzar qazmağa başlayan E.A. adlı şəxs saxlanılıb. O, polis tərəfindən dindirilib.
İddia edilir ki, məzar qazan şəxslər İstanbul Beykoz Bələdiyyəsinin işçiləridir.
- Təyyarəmiz generalın əmri ilə vurulub - Yeni sensasion məlumat
- Mixail Qusman işdən çıxarıldı
- Prezidentin nümayəndəsi "Araz-Naxçıvan"ı təbrik etdi
- AZAL reysinə zərbə endirən Paladiçukun şərhləri yayıldı - Video
- Hakan Fidan Azərbaycan stendini ziyarət etdi - Foto
- Azərbaycan XİN də Rusiyaya başsağlığı verdi
- İlham Əliyev Putinə başsağlığı verdi
- Azərbaycan bu şəxsi Özbəkistana ekstradisiya etdi