Paytaxtın Mirzəağa Əliyev küçəsində köməkçi yolla hərəkət edən sürücülər əsas yola keçmək istəyərkən qəribə mənzərə ilə rastlaşırlar.
BUTA.TV xəbər verir ki, yolun ortasına bir neçə yük maşını ilə qum tökülüb. Nəticədə sürücülər yollarına həmin istiqamətdə davam edə bilmirlər və bu, küçədə sıxlığa səbəb olur.
Qumun kim tərəfindən və hansı məqsədlə töküldüyü isə məlum deyil.
Qeyd edək ki, yolun sözügedən hissəsində heç bir təmir-bərpa işi aparılmır.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, əraziyə əməkdaşlar göndəriləcəklər. Əgər sözügedən çıxışın açılması hazırda həmin ərazidə hərəkətə edilən müvəqqəti dəyişikliyə maneə yaratmırsa, qum kütləsi qısa müddət ərzində yığışdırılacaq.
Ətraflı Baku TV-nin süjetində:
- Həkəridə batan kişinin axtarışları davam etdirilir - Video
- Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlandı
- Azərbaycanda bu tələbə və şagirdlərə sığorta ödəniləcək
- “Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim...” - Video
- Bu ərazidə yağıntılar aylıq normanı keçdi
- Bakıda ağır qəza: hərbçi öldü
- Nazir ona yeni vəzifə verdi - Foto
- Agentliyə sədr müavini təyin edildi - Foto