Xəbər verdiyimiz kimi, Türkiyədə qondarma “Göyçə Zəngəzur Universiteti” adlı “təhsil ocağı” yaradılaraq, insanlara diplomlar satılır. Bu dələduzluq əməlinin arxasında isə Türkiyə vətəndaşı olan Mehmet Əli Arslan dayanır. 1978-ci il təvəllüdlü Mehmet Əli Arslanın avtobioqrafiyasında “Batı Azərbaycan Yurda Dönüş Birliyi Türkiyə təmsilçisi”, eyni zamanda, “Göyçə Zəngəzur Türk Cümhuriyyəti Uluslararası İlişkilər və Türk Dövlətləri ilişkilərdən sorumlu Cümhurbaşkanı yardımcısı və xarici işlər naziri vəzifəsini” daşıdığı haqda məlumat da var.
Məsələ ilə bağlı BUTA.TV-a danışan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli bildirib ki, “Göyçə Zəngəzur Türk Cümhuriyyəti" və “Göyçə Zəngəzur Universiteti” adlanan qondarma qurumlarla Qərbi Azərbaycan İcmasının və Qərbi Azərbaycan əsilli insanların heç bir əlaqəsi yoxdur.
“Sadəcə olaraq, vaxtilə belə bir “təşkilat” yaratmağa cəhd edilib və sonradan bu “təşkilat” özünü buraxıb. Çox təəssüf ki, Azərbaycan və Qərbi azərbaycanlılarla heç bir əlaqəsi olmayan bir ovuc fırıldaqçı mövzunun aktuallığını nəzərə alaraq mövcud olmayan bir “təşkilat”ın adından sui-istifadə etməkdə, adamları aldatmaqda davam edir. Bu məsələdə belə bir narahatedici məqamı da qeyd etmək lazımdır ki, Mehmet Ali Arslan kimilərin əməlinin arxasında Qərbi Azərbaycandan olan qaçqınlarımızın indiki Ermənistan ərazisindəki doğma yurdlarına qayıtmaq uğrunda mübarizəsindən bərk narahat olan Ermənistan, erməni diasporu və erməni lobbisi dayanmış ola bilər. Hesab edirəm ki, Azərbaycan və Türkiyədəki müvafiq qurumlar belə fırıldaqçıların ifşası üçün lazımi addımları atır və atacaq”, - Ələkbərli bildirib.
- Həkəridə batan kişinin axtarışları davam etdirilir - Video
- Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlandı
- Azərbaycanda bu tələbə və şagirdlərə sığorta ödəniləcək
- “Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim...” - Video
- Bu ərazidə yağıntılar aylıq normanı keçdi
- Bakıda ağır qəza: hərbçi öldü
- Nazir ona yeni vəzifə verdi - Foto
- Agentliyə sədr müavini təyin edildi - Foto