ABŞ Azərbaycan və Ermənistanın münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayır, xüsusilə sərhədlərin delimitasiyasının tənzimlənməsi haqqında Əsasnaməyə dair razılaşmaları qeyd edir.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinkenlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bu yaxınlarda baş tutmuş telefon danışığını şərh edən Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı açıqlamasında bildirilib.
M.Miller vurğulayıb ki, A.Blinken N.Paşinyanla söhbətində Cənubi Qafqazda davamlı və layiqli sülhün bərqərar olmasının vacibliyini təsdiqləyib.
Xatırladaq ki, daha əvvəl Ermənistan hökumətinin yaydığı məlumata görə, A.Blinken və N.Paşinyan ikitərəfli gündəliyi və Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər
- Azərbaycan bu ölkə ilə viza rejimini ləğv edir
- Həkəridə batan kişinin axtarışları davam etdirilir - Video
- Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlandı
- Azərbaycanda bu tələbə və şagirdlərə sığorta ödəniləcək
- “Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim...” - Video
- Bu ərazidə yağıntılar aylıq normanı keçdi
- Bakıda ağır qəza: hərbçi öldü
- Nazir ona yeni vəzifə verdi - Foto