Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Bununla bağlı BUTA.TV-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Sentyabrın 14-ü saat 11:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Səhər saatlarında Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli az yağış yağıb.
Düşən yağıntının miqdarı Şahdağ, Gədəbəydə 3 mm, Sədərək, Şahbuz, Oğuz, Şəki, Altıağac, Qusar, Qrız, Xaltan, Xınalıq, Sabirabad, Şəmkirdə 2 mm-dək olub.
“Ondansa, lüt çıxardı!” – Nigar Camalın səhnə geyimi olay oldu - VİDEO
Öncədən verilən sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Daşkəsəndə 20 m/s, Naftalan, Culfada 18 m/s, Şahbuzda 17 m/s, Şərur, Naxçıvanda 16 m/s-dək güclənib.
Göygöl, Daşkəsən, Şahdağ, Qrızda duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 36, Aran rayonlarında 35, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.
- Təyyarəmiz generalın əmri ilə vurulub - Yeni sensasion məlumat
- Mixail Qusman işdən çıxarıldı
- Prezidentin nümayəndəsi "Araz-Naxçıvan"ı təbrik etdi
- AZAL reysinə zərbə endirən Paladiçukun şərhləri yayıldı - Video
- Hakan Fidan Azərbaycan stendini ziyarət etdi - Foto
- Azərbaycan XİN də Rusiyaya başsağlığı verdi
- İlham Əliyev Putinə başsağlığı verdi
- Azərbaycan bu şəxsi Özbəkistana ekstradisiya etdi