Biz İranla eyni gəmidəyik və buna görə heç də peşman deyilik.
BUTA.TV xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edərkən deyib.
O bildirib ki, hələ də həm sanksiyalara, həm də digər təzyiqlərə dözürük:
“Bizə ölkənizlə birgə fəaliyyət lazımdır. Biz çoxqütblü dünyaya doğru irəliləyirik. Bu, çox çətin yol olacaq... Biz isə öz yolumuzu ləyaqətlə getməyə hazırıq”.
Qeyd edək ki, Əhmədian 12 sentyabrda Moskvada Putinlə görüşmüşdü.
- Həkəridə batan kişinin axtarışları davam etdirilir - Video
- Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri açıqlandı
- Azərbaycanda bu tələbə və şagirdlərə sığorta ödəniləcək
- “Elçin şəhid olandan sonra yolumu dəyişdim, hərbiyə getdim...” - Video
- Bu ərazidə yağıntılar aylıq normanı keçdi
- Bakıda ağır qəza: hərbçi öldü
- Nazir ona yeni vəzifə verdi - Foto
- Agentliyə sədr müavini təyin edildi - Foto