ABŞ Dövlət Departamentinin Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlarda əldə etdiyi irəliləyişi, o cümlədən sərhədlərin delimitasiyasının tənzimlənməsi haqqında Əsasnaməyə dair razılaşmaları alqışlayan yazılı bəyanat yaymasının iki səbəbi var.
BUTA.TV xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu Entoni Blinkenlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu yaxınlarda baş tutmuş telefon danışığının bəzi təfərrüatlarını şərh edərkən deyib.
Politoloq qeyd edib ki, belə bir açıqlama yaymaqla Vaşinqton Moskva ilə aralarındakı fərqi qabartmağa çalışıb:
“Vaşinqton bununla göstərib ki, Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan birbaşa danışıqlarda əldə edilən razılaşmaları dəstəkləyir. İkincisi, Vaşinqton belə bir açıqlama yaymaqla Kremlin yanaşmasından fərqini göstərməyə çalışıb. Misal üçün Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanla Ermənistan arasında əldə edilən razılaşmaları dəstəkləyən bəyanat yoxdur. Kremlin yeganə mesajı budur ki, işin içində biz də olmalıyıq. Vaşinqtonun oxşar iddiası yoxdur.
“Ondansa, lüt çıxardı!” – Nigar Camalın səhnə geyimi olay oldu - VİDEO
Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinkenlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bu yaxınlarda baş tutan telefon danışığından bir neçə gün ötəndən sonra Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı açıqlaması yayılıb.
Bildirilib ki, ABŞ Azərbaycan və Ermənistanın münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayır, xüsusilə sərhədlərin delimitasiyasının tənzimlənməsi haqqında Əsasnaməyə dair razılaşmaları qeyd edir.
Miller vurğulayıb ki, Blinken Paşinyanla söhbətində Cənubi Qafqazda davamlı və layiqli sülhün bərqərar olmasının vacibliyini təsdiqləyib.
- Təyyarəmiz generalın əmri ilə vurulub - Yeni sensasion məlumat
- Mixail Qusman işdən çıxarıldı
- Prezidentin nümayəndəsi "Araz-Naxçıvan"ı təbrik etdi
- AZAL reysinə zərbə endirən Paladiçukun şərhləri yayıldı - Video
- Hakan Fidan Azərbaycan stendini ziyarət etdi - Foto
- Azərbaycan XİN də Rusiyaya başsağlığı verdi
- İlham Əliyev Putinə başsağlığı verdi
- Azərbaycan bu şəxsi Özbəkistana ekstradisiya etdi