İstanbulda yerləşən İtaliyaya bağlı Santa Maria kilsəsinə bu ilin yanvarın 28-də edilən hücumun təşkilatçılarından biri - Vişxan Soltamatiov saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.
Məlumata görə, İŞİD-ə qarşı Milli İstehbarat Təşkilatı (MİT) və Baş Təhlükəsizlik İdarəsinin birgə əməliyyatı nəticəsində İstanbulda saxlanılan V.Soltamatiov kilsəyə hücumun təşkilatçılarından olmaqla yanaşı, həm də təxribat zamanı istifadə edilən silahı təmin edib.
Araşdırmalar nəticəsində saxlanılan şəxsin Əfqanıstandakı İŞİD strukturu olan Xorasan vilayətindən verilən göstərişlərlə Türkiyəyə qarşı fəaliyyət göstərdiyi müəyyən edilib.
Terrorçu ifadəsində kilsəyə hücumu öncədən planlaşdırdıqlarını etiraf edib.
Qeyd edək ki, MİT 2023-cü ilin dekabrında İŞİD-in Türkiyədəki bir sıra sinaqoq və kilsələrə, o cümlədən İraq səfirliyinə hücumunun qarşısını alıb.
- Bakıda ağır qəza: hərbçi öldü
- Nazir ona yeni vəzifə verdi - Foto
- Azərbaycanda qanunsuz yaşayan 5 minə yaxın əcnəbi saxlanıldı
- Mərdəkanda dənizdə batan 16 yaşlı oğlanın meyiti tapıldı
- Həmin quyuya daha bir maşın düşdü - Video
- Bu ərazilərdə işıq olmayacaq
- Dərnəgül yolunda dəhşətli qəza - Sürücü öldü - Video
- Tramp bu barədə əmri Ankarada olarkən verib