Sumqayıtda işlədiyi istirahət mərkəzini qumarxanaya çevirən ofisianta cinayət işi açılıb.
BUTA.TV Lent.az-a istinadən xəbər verir ki, söhbət Sumqayıt-Novxanı yolunda yerləşən restoranlardan birindən gedir.
Burada ofisiant işləyən, Sumqayıt şəhər sakini İ.Məmmədov qumar oyunlarının təşkilində ittiham olunub. Belə ki, o, müştərilərin mərc oyunları oynaması üçün qapıda gözətçi rolunda dayanaraq, onlara şərait yaradıb. Bunun üçün isə İ.Məmmədov müştərilərdən müəyyən məbləğdə pul vəsaiti alıb.
Bu hadisələr dəfələrlə təkrarlanıb. Onun qumar oynayanlara sonuncu "gözətçiliyi" 2023-cü il sentyabrın 21-də olub. Həmin gün gecə saat 1 radələrində polis əməkdaşları daxil olmuş məlumat əsasında restoranda əməliyyat keçiriblər. Nəticədə İ.Məmmədov və qumar oynayanlar saxlanılaraq, şöbəyə aparılıb.
İ.Məmmədov Cinayət Məcəlləsinin 244-1.2.1-ci (qumar oyunlarının keçirilməsi və təşkili, təkrar törədildikdə) maddəsi ilə ittiham olunub. Onun barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.
Hazırda cinayət işi hakim Samir İsmayılovun icraatında araşdırılır.
- İlham Əliyev hər il çalışır ki, o gözlər... - Rüstəmxanlı
- Belçikanın Bakıya qarşı qətnaməsi İrəvanın əleyhinədir
- İran ABŞ esminesinə uzaqlaşmaq əmri verdi – cavab...
- Azərbaycan və İtaliyanın Baş Qərargah rəisləri görüşdü - Video
- Dövlət xadimləri adından növbəti saxta açıqlamalar
- Bu nazirlikdə mühüm təyinatlar oldu
- Razılıq var, Zəngəzur bu cür açılır, ABŞ ordu göndərir
- Rusiya ilə gərginliyin idxal-ixraca və pul köçürmələrinə təsiri...