Venesuelada ölkə prezidenti Nikolas Maduroya sui-qəsd cəhdində şübhəli bilinən xarici ölkə vətəndaşları saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, saxlanılar üç ABŞ, iki İspaniya və bir Çexiya vətəndaşlarıdır. Onlar Qərb kəşfiyyat xidmətlərinin göstərişi ilə Maduronu və digər yüksək rütbəli məmurları öldürməklə Venesuelada vəziyyəti sabitliyi pozmağa cəhddə ittiham olunurlar.
Venesuelanın daxili işlər naziri Diosdado Kabello bildirib ki, sui-qəsd Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən planlaşdırılıb.
Bildirilib ki, saxlanılan ABŞ vətəndaşlarının hamısı ABŞ Hərbi Dəniz Qüvvələrinin “dəniz pişikləri”dir.
ABŞ Dövlət Departamenti faktı təkzib edib.
- Bu ərazilərdə işıq olmayacaq
- Dərnəgül yolunda dəhşətli qəza - Sürücü öldü - Video
- Tramp bu barədə əmri Ankarada olarkən verib
- Qurbanqulu Berdiməhəmmədov Azərbaycana təşəkkür etdi
- Dənizdə batan 28 yaşlı oğlanın meyiti tapıldı
- Suqovuşanda işçiləri daşıyan mikroavtobus aşdı
- Xocavənd və Şuşaya növbəti köç karvanı yola salındı
- Gəncləri rayona qaytarmağın yolu... - Ekspert