Ermənilərin katolikosu II Qaregin İrəvanda səfərdə olan Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo və Erməni Apostol Kilsəsinin Britaniya-İrlandiya Yeparxiyasının yepiskopu Hovakim Manukyanın rəhbərlik etdiyi “Həqiqət və Ədalət Mərkəzi” təşkilatının üzvləri ilə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə erməni kilsəsindən məlumat verilib.
Görüş zamanı Okampo guya Azərbaycan tərəfindən Ermənistanın işğal olunmuş ərazilərinin azad edilməsi, “arsax”da aparılan etnik təmizləmə məsələsinin gündəmə gəlməsi və Azərbaycanda saxlanılan “erməni əsirlərin” azad edilməsi istiqamətində fəaliyyətə başladığını deyib.
Bununla yanaşı, Okampo bu prinsiplərin həyata keçirilməsində dünya ermənilərinin birliyinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo Azərbaycana qarşı düşmənçilik fəaliyyəti ilə tanınan şəxsdir. Hətta ötən ay Okampo ölkəmizə qarşı növbəti təxribatçı çıxış edərək, erməniləri müxtəlif həştəqlər vasitəsilə Bakıda keçiriləcək COP29 beynəlxalq tədbirindən istifadə edərək, “girov”lar məsələsini gündəmə gətirməyə çağırmışdı.
- Bu ərazilərdə işıq olmayacaq
- Dərnəgül yolunda dəhşətli qəza - Sürücü öldü - Video
- Tramp bu barədə əmri Ankarada olarkən verib
- Qurbanqulu Berdiməhəmmədov Azərbaycana təşəkkür etdi
- Dənizdə batan 28 yaşlı oğlanın meyiti tapıldı
- Suqovuşanda işçiləri daşıyan mikroavtobus aşdı
- Xocavənd və Şuşaya növbəti köç karvanı yola salındı
- Gəncləri rayona qaytarmağın yolu... - Ekspert