Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu barədə BUTA.TV-a FHN-dən məlumat verilib.
Bildirilib ki, Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən rayonun “Ağ dağlar” və “Kraz yolu” adlanan ərazilərində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib:
"Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Şəmkir Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb".
- Şirvan Kərimovun Rusiya vətəndaşlığı ləğv olundu
- 2029-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq
- Bakı-Tiflis qatarına bilet satışındakı problemin səbəbi açıqlandı
- 2029-cu ildə əhali siyahıya alınacaq
- Prezident fərman imzaladı
- Bakı-Tiflis qatarında ciddi qiymət endirimləri... - Rəsmi
- Tiflisə getmək istəyənlərə daha bir sevindirici xəbər
- 39 yaşlı qadın narkotikə görə saxlanıldı - Video