Bu gün Şuşada “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, tədbir “Mədəni və Etnik Müxtəliflik Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
Konfransda Azərbaycan, ABŞ, Fransa, Litva, Polşa, Çexiya, Almaniya, İsrail, Türkiyə və Gürcüstandan dövlət və vətəndaş cəmiyyəti nümayəndələri, ekspertlər və tədqiqatçılar iştirak ediblər.
Tədbir çərçivəsində “Etnik və mədəni müxtəliflik bəşəriyyətin sərvəti kimi” və “Müstəmləkəçiliyin müasir formaları: xalqlara faciə, köləlik və iztirab gətirən hərəkətlər” mövzularında iki panel müzakirəsi keçirilib.
Panel sessiyalarında müstəmləkəçilik siyasətinin nəticələri, etnik və mədəni müxtəlifliyin qorunması, eləcə də müxtəlif xalqların üzləşdiyi problemlər ətrafında fikir mübadiləsi aparılıb.
Konfrans çərçivəsində bədii-musiqi proqramı da təşkil olunub.
Proqramda “Qarabağ şikəstəsi”,“Şuşanın dağları”, eləcə də çərkəz xalq musiqiləri sənətçilərin ifasında səsləndirilib.
Konfransın yekununda “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar” adlı Birgə Bəyannamə qəbul olunub.
- Səbuhi Rəcəbə hökm oxundu
- Sürətlə azalırıq – Rəsmi statistikalar şok edir
- Müəllim olmaq istəyənlərin nəzərinə!
- Saxta onlayn mağazalarla bağlı dələduzluq halları artır
- 5800-dək şəxs işlə təmin edildi
- 67 yaşlı şəxsin pensiyası altı ildir niyə kəsilib? - Rəsmi cavab
- Bu “Azərsun”un inkişafının əsas hərəkətverici qüvvəsi olacaq
- Şıx çimərliyində dənizə nə tökülür? - Video