Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə bu il daha 1001 şəxsin işlə təminatı həyata keçirilib.
BUTA.TV xəbər verir ki, onların məşğulluğu üçün 190 işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanıb. 2020-ci ildə icrasına başlanan bu proqram üzrə ötən dövrdə ümumilikdə 5800-dək şəxs iş yeri əldə edib.
“İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı çərçivəsində məşğulluğu təmin olunan şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsini Dövlət Məşğulluq Agentliyi ödəyir.
- Rusiya səfiri XİN-ə çağırıldı
- Azərbaycanda ilk: Muzeydə “arı havası” terapiyası - Video
- Bu marşrutda interval 30 dəqiqəyə qalxdı
- Sabiq rəis cərimələnsə də - İşçisi həbs olundu
- Prezident sərəncam imzaladı
- Səbuhi Rəcəbin cəzası artırıldı - Dünya çempionu azadlıqda qaldı
- Səbuhi Rəcəbə hökm oxundu
- Sürətlə azalırıq – Rəsmi statistikalar şok edir