Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ödəniş sistemi aktiv olub.
Bu barədə BUTA.TV-a MÜTDA-dan məlumat verilib.
Bildirilib ki, bu gün saat 15:00-dan iyulun 9-u saat 15:00-dək Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktiv olacaq.
Xatırladılıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqə bu ildən etibarən ödənişli əsaslarla təşkil edilir. Qanunvericiliyə uyğun olaraq aşağıdakı kateqoriyalara aid namizədlər ödənişdən azaddırlar: - müsabiqədə ilk dəfə iştirak edən namizədlər; - şəhid ailəsinin üzvləri; - müharibə veteranı adı almış şəxslər; - əlilliyi olan şəxslər; - ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri.
Ödəniş prosesi ilə bağlı ətraflı məlumat və təlimat şəxsi kabinet vasitəsilə namizədlərin istifadəsinə təqdim olunacaq.
- Rusiya səfiri XİN-ə çağırıldı - Nota verildi
- Azərbaycanda ilk: Muzeydə “arı havası” terapiyası - Video
- Bu marşrutda interval 30 dəqiqəyə qalxdı
- Sabiq rəis cərimələnsə də - İşçisi həbs olundu
- Prezident sərəncam imzaladı
- Səbuhi Rəcəbin cəzası artırıldı - Dünya çempionu azadlıqda qaldı
- Səbuhi Rəcəbə hökm oxundu
- Sürətlə azalırıq – Rəsmi statistikalar şok edir