VII çağırış Milli Məclisin ilk iclasına deputat Ziyad Səmədzadə sədrlik edəcək.
BUTA.TV xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinin ikinci maddəsinə görə, Milli Məclisin ilk iclasını ən qocaman deputat aparmalıdır.
VII çağırış Milli Məclisin ən yaşlı deputatı isə 23 saylı Nəsimi-Səbail seçki dairəsindən seçilən Ziyad Səmədzadədir. Onun 84 yaşı var.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbəti çağırışın birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin sədri seçilənədək birinci iclası aparır.
Milli Məclisin birinci iclasına sədrlik edənin təklifi ilə Hesablayıcı komissiya seçilir və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin sədri və onun müavinləri seçilir, bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirir.
- İlham Əliyev “o məmurlar” deyəndə kimlərə işarə etdi?
- “Məktəblər bağlansa, kəndlər boşalacaq” - Nazirlə ekspert yenə üz-üzə gəldi
- Simonyandan Qarabağ açıqlaması: İki nəfər bərk qorxur
- Prezident: Xəzər dənizi tarixi əməkdaşlığın rəmzidir
- Ermənistandan Azərbaycana qarşı təcavüzkar müharibə...
- Qəzadan sonra ərazidə yalnız bu ölkənin helikopteri olub...
- Bütün hərbçilərin nəşi tapıldı
- Lavrovdan sonra Peskov da yalvardı - Putinlə nə baş verir?