ABŞ-də səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 79-cu sessiyasının “Yüksək Səviyyəli Həftə”si çərçivəsində Albaniyanın Baş naziri Edi Rama ilə ikitərəfli münasibətləri, habelə regional və qlobal mövzuları müzakirə edib.
BUTA.TV Türkiyə Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş Nyu-Yorkdakı Türk Evində baş tutub.
“Görüşdə Türkiyə ilə Albaniya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan Türkiyə ilə Albaniya arasında ikitərəfli əlaqələrin hər sahədə daha da inkişaf etdirilməsi üçün çalışmağa davam edəcəklərini bildirib”, – mətbuat xidməti diqqətə çatdırıb.
Tərəflər həmçinin Qəzza zolağında son vəziyyəti müzakirə ediblər.
- Tramp Türkiyədədir - Yenilənir
- Tiflisdən Fatimənin qətli ilə bağlı açıqlama
- 20 manatlıq bu rüsum ləğv edilir
- Generala yüksək vəzifə verildi
- Qanunvericiliyə “frilanser” anlayışı daxil edilir
- Salyanda 34 yaşlı qadın xəstəxanada öldü
- Rəqəmsal səyyahlara müjdə
- Zakir Həsənov onları təltif etdi