Rusiya tarix boyu Qafqazı hərbi istehkam kimi qiymətləndirib, bölgədə hökmranlığını möhkəmləndirmək üçün yerli xalqları parçalamaq və qarşı-qarşıya qoymaq siyasəti aparıb.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bunu Türkiyənin Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun Türk Tarixi kafedrasının müdiri, professor Abdullah Temizkan “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar” adlı keçirilən beynəlxalq konfransda deyib.
Professor bildirib ki, Rusiya tarixən Qafqaz coğrafiyasına hərbi istehkam kimi yanaşıb, burada möhkəmlənməyə, yerli xalqları özünə tabe etdirməyə çalışıb:
“Bu məqsədlə bölgə xalqlarını parçalamağa, bir-birinə qarşı qoymağa və təcrid etməyə yönəlmiş siyasət həyata keçirilib”.
A.Temizkan vurğulayıb ki, Qafqaz xalqları bütün təzyiqlərə baxmayaraq azadlıq ruhunu qoruyub saxlayıb:
“Azadlıq yalnız döyüş meydanlarında deyil, milli mədəniyyətin, tarixi yaddaşın və mənəvi məkanın qorunması ilə yaşadılır”.
- Bəzi ərazilərə leysan yağır
- Bir vaxtlar TV ulduzu idi, indi ABŞ-da yuxa bişirir - Video
- Bakının mərkəzində ödənişsiz marşrutlar fəaliyyətə başladı
- “AzerGold” 25-ci sikkə kolleksiyasını təqdim etdi
- "Prius" "Mersedes"lə toqquşdu: 1 ölü, 6 yaralı
- Prokurorluq Fatimənin qətli ilə bağlı - Məlumat yaydı
- Bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
- Tiflisdə öldürülən Fatimə ilə bağlı rəsmi açıqlama