Türkiyənin “Titra” şirkətinin istehsal etdiyi “Alpin” pilotsuz uçuş aparatı ADEX-2024 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə sərgisində ilk dəfə nümayiş etdirilir.
BUTA.TV xəbər verir ki, bununla bağlı Trend-ə şirkətin nümayəndələri məlumat verib.
Bildirilib ki, “Alpin”pilotsuz uçuş aparatı müasir texnologiyalara əsaslanan çoxfunksiyalı bir platformadır:
“Bu aparat müxtəlif missiyalarda istifadə oluna bilən müxtəlif faydalı yük seçimləri və üstün performans xüsusiyyətləri ilə təchiz olunub. “Alpin”pilotsuz uçuş aparatının EO/IR Kameraları (Elektron Optik/İnfraqırmızı), gecə və gündüz missiyaları üçün yüksək görüntüləmə, SAR Radar - hər hansı hava şəraitində dəqiq görüntü və hədəf aşkar etmə üçün radar sistemi, fərqli yük daşıma sistemləri ilə təchiz oluna bilən dron, xüsusi avadanlıqların asan daşınması üçün yük qaldırma üçün mexaniki köməkçi sistem, bağlı yüklərin daşınması üçün qutulu yük sistemi mövcuddur. Bu sistemlər maksimum 200 kiloqrama qədər faydalı yük daşıya bilər”.
Məlumat verilib ki, PUA-nın uzunluğu 6.27 metr, hündürlüyü 2.47 metrdir:
“Havada qalma müddəti 9 saat və daha çox, yanacaq tipi benzin, 175 litr tutumludur. Bu pilotsuz uçuş aparatı, hərbi, humanitar və kommersiya missiyaları üçün ideal bir seçimdir, çünki yüksək performanslı və geniş faydalı yük daşınma imkanlarına malikdir”.
- Məğlubiyyətdən sonra mətbuat konfransında istefa verdi - Video
- Heyvan idxalı ilə bağlı yeni qayda: Ət bahalaşacaq? - Video
- Ronaldo dünya çempionu ola bilmədi - Yenilənib
- Autizmli uşağa liftdə zorakılıq edən şəxs - Saxlanıldı
- 50 yaşlı kişi 14 yaşlı qonşusunu otlağa görə armaturla döydü - Yenilənib
- Qətər təyyarəsi məcburi Bakıya eniş etdi
- Məhərrəm ayı nə vaxt başa çatır?
- Dənizdə ata və 3 uşağı batdı - Özü ilə qızı xilas olundu