Trampdan etiraf: İranla müharibə...
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin Konqresə aralıq seçkilər ərəfəsində Respublikaçılar Partiyasının mövqelərinə mənfi təsir göstərdiyini qəbul edir.
BUTA.TV xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumatlı dörd mənbəyə istinadən yazıb.
Qeyd olunur ki, Tramp bəzi qərarlarının onun populyarlığının azalmasına və aralıq seçkilərlə bağlı vəziyyətin yaxşı olmamasına gətirib çıxardığını başa düşür. Trampın noyabr seçkiləri öncəsi respublikaçı namizədlərə dəstəyi artıracağı gözlənilir.