Fələstinin HƏMAS hərəkatı qurplaşmanın lideri Yəhya Sinvarın Qəzzada əməliyyat nəticəsində öldürüldüyünü təsdiqləyib.
“BUTA.TV” “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, bu barədə HƏMAS nümayəndəsi Halil Hayya telekanalların birinin efirində danışıb.
Hayyanın çıxış etdiyi həmin telekanalın adı açıqlanmayıb.
Xatırladaq ki, oktyabrın 17-də İsrailin Müdafiə ordusu Qəzza zolağında əməliyyat zamanı HƏMAS-ın üç yüksəkvəzifəli üzvünün zərərsizləşdirildiyini, onlar arasında Yəhya Sinvarın da ola biləcəyini açıqlayıb. Daha sonra İsrailin xarici işlər naziri İsrael Katz Y.Sinvarın öldürüldüyünü təsdiq edib.
Onu da qeyd edək ki, Fələstinin HƏMAS hərəkatının xaricdəki nümayəndəliyinin rəhbəri Xaled Maşal təşkilatın yeni lideri olub.
- Bakıda 38 dərəcə isti olacaq
- Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
- Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir - Səbəb
- Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı
- Peşə təhsili müəssisələrinə qəbul başladı
- Bakıda kişi evində ölü tapıldı
- Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
- Respublika üzrə pensiya ödənişi yekunlaşdı