Tanınmış aktyor da "Bəy Mamed"dən şikayətçidir: MTK sahibi nə cavab verdi? - Video
Video
Səbail rayonunun Əhəd Yaqubov küçəsi, 17 ünvanında yerləşən "Ulubəy" MTK yaşayış kompleksinin sakinləri bir sıra problemlərlə bağlı narazılıqlarını bildiriblər.
BUTA.TV Baku TV-yə istinadən xəbər verir ki, sakinlər binada su təminatı ilə bağlı ciddi problem yaşandığını deyiblər.
Onlar bildiriblər ki, su bəzən günlərlə verilmir. Sakinlər, həmçinin binanın havalandırma sisteminin işləmədiyini və bu səbəbdən ərazidə pis qoxunun yarandığını deyiblər.
Cəmiyyət "Bəy Mamed"in həyəti niyə hasarladığı üzə çıxdı - Foto

Ərazidə fəaliyyət göstərən restoranla bağlı da narazılıq səsləndirilib. Sakinlər gecə saatlarınadək səs-küy olduğunu və restoranın müştərilərinin öz avtomobillərini həyətə park etdiyini bildiriblər.
"Mavi dəniz" restoranı var. Bütün gün ərzində səs-küy olur. Qonaqlar gəlir, yeyib-içirlər, özləri üçün şənlik keçirirlər, biz isə evdə narahat oluruq", - deyə şikayətçi, tanınmış aktyor Əlixan Rəcəbov narazılığını dilə gətirib.
MTK-nın sahibi, "Bəy Mamed" adı ilə tanınan iş adamı Məmməd İsmayılov səsləndirilən iddiaların bir qisminə münasibət bildirib. Onun sözlərinə görə, ərazidə uşaqlar üçün futbol və voleybol meydançaları, idman avadanlıqları və istirahət üçün yerlər yaradılıb.
M.İsmayılov, həmçinin Səbail rayonunda su təminatı ilə bağlı ümumi problem olduğunu bildirib və ərazidəki suyun keyfiyyətinin laboratoriyada yoxlanılması üçün aidiyyəti qurumlara müraciət etdiyini deyib.