“Sabah” futbol klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyi dörd ev oyunu üçün vahid biletlərin satışına başlanıldığını elan edib.

BUTA.TV” Masazır təmsilçisinə istinadla xəbər verir ki, azarkeşlər bir biletlə Bakı Olimpiya Stadionunda keçiriləcək hər 4 qarşılaşmanı izləyə biləcəklər.

Məlumata görə, biletlərin qiyməti 35-dən 285 manatadək təşkil edir. Əldə edilən biletlər geri qaytarılmır, dəyişdirilmir və bərpa olunmur. Biletlər yalnız QR-bilet formatında təqdim olunacaq. Onlardan istifadə etmək üçün azarkeşlər alışı həyata keçirdikləri istifadəçi hesabı ilə “iTicket” mobil tətbiqinə daxil olmalıdırlar. QR-kodlar yalnız müvafiq oyunların keçirildiyi günlərdə aktivləşəcək.

Qeyd edək ki, “Sabah” öz meydanında Çexiyanın “Slaviya”, Almaniyanın “Borussiya Dortmund”, İspaniyanın “Barselona” və İtaliyanın “Napoli” klublarını qəbul edəcək.