Sabah saat 11:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə noyabr ayı üçün biletlər satışa çıxarılacaq.
BUTA.TV xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Bakı-Şuşa, Əhmədbəyli-Şuşa, Bakı-Ağdam və Bərdə-Ağdam reyslərinə biletləri vətəndaşlar www.yolumuzqarabaga.az portalı üzərindən əldə edə bilərlər.
Bakı-Xocalı-Xankəndi-Şuşa, Bərdə-Xankəndi və Bakı-Laçın reyslərinə isə biletlər onlayn qaydada https://biletim.az/ portalı üzərindən əldə edilir.
Gediş və qayıdış biletləri əvvəlcədən eyni vaxtda sifariş olunmalıdır.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.
İşğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 1 120 reys həyata keçirilib, 34 981 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.
- Türkiyə Cümhuriyyətinin qurulmasından 102 il ötür
- Mehdiyevin 50 nəfərlik siyahısında kimlər olacaqdı? - Millət vəkili
- İmamoğlunun casusluq işində İsa Qəmbərin adı çıxdı
- Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...
- Bakı ilə davamlı sülhün olması üçün... - Xandanyan
- Azərbaycanda iş adamına 200 min dollar dələduzluq edildi
- Adnan Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı
- Tramp Azərbaycandan danışdı: Buna son qoydum...