İki regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edilib.
BUTA.TV xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Elçin Vaqif oğlu Kərimov Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir təyin edilib. E.Kərimov 2022-ci ildən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.
Nazirin digər əmri ilə, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsinin icrası idarənin müdir müavini Cavad Alı oğlu Cavadova həvalə edilib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev isə Bakı şəhəri üzrə Təhsil İdarəsinə müdir müavini təyin edilib.
Qeyd edək ki, Anar Qədiməliyev 2022-ci ildən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycanda doğum kəskin azaldı - Demoqrafik fəlakət?
- 64 yaşlı kişi Həkəridə batdı
- “AzerGold” heyəti Şəhidlər xiyabanını ziyarət etdi
- Balacanın dama çıxıb etdiyi hərəkət gündəm oldu - Video
- Bu rayonlara yağış yağdı, ildırım çaxdı - Faktiki hava
- II və III qruplar üzrə qəbul imtahanı keçirilir
- Naxçıvan reysində gecikmələr var - AZAL