Azərbaycan və Ermənistan arasında sülh sazişi danışıqlarında “razılaşdırılmayan bəndlər”lə bağlı Ermənistanın “Hraparak” nəşri iddia irəli sürüb.
BUTA.TV xəbər verir ki, nəşrin “əldə etdiyi məlumata görə”, söhbət 2 bənddən gedir: Ermənistan-Azərbaycan sərhədindən üçüncü ölkənin qüvvələrinin çıxarılması və beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddialardan imtina edilməsi.
Nəşrin yaydığı iddiada bildirilir ki, guya bu, AB müşahidəçiləri Ermənistan-Azərbaycan sərhədində missiya yerinə yetirmədiyi zaman irəli sürülüb və yalnız Rusiya sərhədçilərinə aid olub. Ermənistan hakimiyyəti də buna etiraz etməyib. Lakin Azərbaycan sonradan bu tələbi yenidən formalaşdırıb və AB müşahidəçilərinə də aid edib.
“Biz beynəlxalq məhkəmələrdə iddialardan imtina tələbi ilə razılaşmamışıq. Prinsipcə onlar buna qarşı deyillər, əgər təbii ki, sinxrondursa, Azərbaycan da bizə qarşı iddialardan imtina edir”, - nəşr bildirib.
Qeyd edək ki, “diplomatik mənbəyə istinadla” yayılan bu məlumatda “razılaşdırılmayan 2 bənd” məsələsinə həddən artıq səthi yanaşıldığı görünür. Belə ki, Azərbaycanın sülh sazişi üçün Ermənistanın Konstitusiyasının dəyişdirilməsi və Azərbaycana ərazi iddiasının “əsas qanundan” çıxarılmasını tələb etməsi xeyli müddətdir açıq şəkildə ifadə edilir. Digər tərəfdən, delimitasiya məsələlərinin sərhədin ayrı-ayrı hissələrində hansı prinsiplə keçiriləcəyi də əsas müzakirə mövzusudur.
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir
- Azərbaycanın diqtəsi, yoxsa hərbi islahat? - Ermənistanda hərbi xidmət müddəti azaldılır
- Melkonyanın adını daşıyan bir qurum necə təşviq oluna bilər?
- ABŞ milli strategiyasını elan etdi - Avropa üçün şok
- ABŞ-ın planında Ukrayna üçün böyük təhlükə