ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbinin COP29-da çıxışı zamanı Azərbaycan və Ermənistanın hidroloq və mühəndislərinin bölgədə sərhəd çaylarının su ehtiyatlarının vahid idarəetmə sxeminin yaradılması istiqamətində birgə işi barədə məlumat verməsindən dərhal sonra Ermənistan Xarici İşlər Nazirliyi bunu təkzib edib. Ermənistan XİN sərhədyanı su ehtiyatlarının idarə edilməsində Ermənistanla Azərbaycan arasında rəsmi əməkdaşlığın olmadığını bildirib. Ancaq Ermənistan XİN-in açıqlamasındakı sonrakı cümlə təmasların etirafına işarədir: “Bu mövzuda təmaslar yalnız iki ölkənin qeyri-hökumət təşkilatları səviyyəsində olub”.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
“Görünür, ABŞ səfiri çıxışında məhz bu təmasları nəzərdə tutub. O deməyib ki, su ehtiyatlarının birgə idarə olunması mövzusunda iki ölkənin rəsmiləri danışıqlar aparırlar. Səfirin sözlərinə görə, Vaşinqton təmasları dəstəkləyir. Bəs niyə Ermənistan XİN tərəfdaşı olan ölkənin səfirinin sözlərini dərhal təkzib etmək istəyib? Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayarkən bölgənin ekologiyasına böyük zərər vurub. İndinin özündə Ermənistan Araz çayını çirkləndirir və rəsmi Bakı bu məsələni beynəlxalq təşkilatlar qarşısında qaldırır. Ermənistandakı müəssisələr və mədənlər çirkli sularını və tullantılarını Araz çayına axıdırlar. Ona görə bu problem də iki ölkə arasında müzakirə predmeti olmalıdır. Rəsmi İrəvan bilir ki, ətraf mühitin çirklənməsində məsuliyyəti var. Bu səbəbdən rəsmi danışıqlardan yayınmağa çalışır”, - politoloq vurğulayıb.
- Rusiya və Azərbaycan Xəzərlə bağlı saziş imzalaya bilər
- Samirə Bayramova İrəvan limanında niyə qalıb? – Açıqlama
- Türkiyənin Rusiya və İranla “3-lü formatı” tarixə qovuşdu
- Azər Qasımlı barədə qərar verildi
- Gəncədəki partlayış səsləri ilə bağlı daha bir rəsmi açıqlama
- Statistika Şurasının yeni tərkibi təsdiqləndi
- ABŞ səfiri Gəncədə: onların xatirəsini yad etdi
- Seyfəli poliqonu ətrafındakı partlayışla bağlı müraciət