Xəzər dənizinin dayazlaşmasının qarşısının alınması üzrə Rusiya-Azərbaycan proqramının gələn ilin birinci rübündə qəbul edilməsi planlaşdırılır.
BUTA.TV xəbər verir ki, bunu Bakıda səfərdə olan Rusiyanın təbii sərvətlər naziri Aleksandr Kozlov Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşündə deyib.
A.Kozlov qeyd edib ki, Xəzər dənizinin səviyyəsinə əsasən iqlim faktorları təsir edir:
“Dənizə axan çayların axınındakı təbii dalğalanmalar və onun səthindən buxarlanmanın intensivliyi də təsir edən faktordur. Yəni, səviyyə iqlim dəyişikliyindən təsirlənir. Onu da dayandırmaq mümkün olmur. Yalnız davam edən dəyişikliklərə uyğunlaşa bilərsiniz. Məhz bu uyğunlaşma tədbirlərini biz 2025-ci ilin birinci rübündə qəbul edəcəyimiz Rusiya-Azərbaycan proqramımıza daxil edəcəyik”.
Həmçinin görüş zamanı tərəflər ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin bağlanmasını da müzakirə ediblər.
- Bir “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
- Həsən bəy Zərdabi adına Media Mükafatı onlara verildi
- “AzerGold”da işə qəbulla bağlı növbəti test imtahanı keçirilib
- Bakı metrosunda iş rejimi dəyişdirilir
- “Media Kuboku-2026" minifutbol turniri başa çatdı
- Prezident 3 qurumu ləğv etdi, bir qurum yaratdı
- Azərbaycan üzgüçüləri üçün məhsuldar iyul ayı
- Həmid Herisçinin növbəti karnavalı