Güclü siyasi qüvvələr indi təyyarə qəzasından sui-istifadə edərək Rusiya ilə Azərbaycan arasında münasibətləri kəskin şəkildə pisləşdirməyə çalışır.
BUTA.TV xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markov deyib.
“Onlar şəxsən prezidentlər arasında dava salmağa çalışır. Bu, ilk növbədə Qərb kəşfiyyat orqanları tərəfindən həyata keçirilir. Və Qərb mediası vasitəsilə. Eləcə də Rusiyanın daxilində və xaricdə türkofob qüvvələr tərəfindən. Rusiya ilə Azərbaycan arasında çəkişmə yaratmaq məqsədi ilə eyni vaxtda bir neçə güclü məlumat kampaniyası aparılır. Onlar üçün bu, qızıl fürsət günləridir. Rusiya və Azərbaycan üçün isə faciəli günlər, siyasi baxımdan ağır günlərdir”, - o bildirib.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
- Bakı və bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
- Nazir Mirzə Mirzəyevə vəzifə verdi - Foto
- Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı
- Bakı-Qazax yolundakı dəhşətli qəzanın - Anbaan videosu
- Hindistanlı cütlük Şahdağda 3 gün 3 gecə toy edir - Video
- Zakir Həsənov Azərbaycan Ordusunu təbrik etdi
- Bu ərazilərə leysan yağır
- AZAl-ın yeni təyyarəsi: hansı üstünlükləri var? - Foto