Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Heç kəsi geridə qoymamaq naminə inklüziv və ədalətli xidmətlərin göstərilməsi” kateqoriyası üzrə “Hamı üçün inklüziv və bərabər sosial təminat xidmətləri” təşəbbüsünə görə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülüb.
BUTA.TV xəbər verir ki, bu gün Gürcüstanın Tiflis şəhərində keçirilən təltifetmə mərasimində mükafat DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyevə təqdim olunub.
Fond sosial təminat sahəsində həyata keçirdiyi innovativ islahatlara, xüsusilə sosial ödənişlərin proaktiv qaydada təyin olunmasına, rəqəmsal texnologiyalar əsasında qurulmuş vətəndaşyönümlü xidmət modelinə, sosial xidmətlərin əlçatanlığının, operativliyinin, şəffaflığının və inklüzivliyinin artırılması istiqamətində əldə etdiyi mühüm nailiyyətlərə görə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülüb.
Mükafat dövlət xidmətlərinin göstərilməsi sahəsində mükəmməl fəaliyyətə görə verilir. Məqsəd dünyanın müxtəlif ölkələrində dövlət qurumlarının innovativ nailiyyətlərini və töhfələrini mükafatlandırmaq və tanıtmaqdır.
- Bakıda "Rənc Rover" ağır qəza törətdi: ölən var
- Azercell “Əsgərcell”i istifadəyə verir
- Prezident bu hərbçiləri təltif etdi
- Bu hərbi qulluqçulara "general-mayor" ali hərbi rütbəsi verildi
- Şəhid olmuş hərbi qulluqçular və mülki işçilər təltif olundu
- Xankəndi Tibb Mərkəzinin açılışı oldu - Foto
- Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi - Video
- Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi