General rütbəsi verilən zabitlər kimdir? - Foto

16:51 - 25 İyun 2026 - GÜNDƏM

 General rütbəsi verilən zabitlər kimdir? - Foto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə bir qrup zabitə ali hərbi rütbələr verilib.

BUTA.TV” general-mayor rütbəsi alan polkovniklərin hansı vəzifədə işlədiklərini və fotolarını təqdim edir:

Azər Heybətli - Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisinin müavini - Kadrlar idarəsinin rəisidir.

Rəsul Əliyev- Müdafiə Nazirliyinin Baş idarələrindən birinin rəisidir.

Elçin Abdullayev - Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisidir.

Gülməmməd Rzayev - Quru Qoşunlarının Artilleriya İdarəsinin rəisidir. Vətən müharibəsində və antiterror tədbirlərində iştirak edib.

Ruslan Ağasiyev - Ordu korpuslarından birinin qərərgah rəisidir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol