Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
BUTA.TV xəbər verir ki, təltif edilənlər arasında olan Quru Qoşunları Artilleriya İdarəsinin rəisi Gülməmməd Tofiq oğlu Rzayevlə bağlı maraqlı fakt yayılıb.
Belə ki, siyasi şərhçi Asif Nərimanlının bildirdiyinə görə, “Div” ləqəbli Rzayev Vətən müharibəsində artilleriyanı indiki Zəfər yolundan (həmin vaxt oradan yol keçmirdi) keçirərək, Daşaltına aparılması əmrini verib.
“Müharibə vaxtı da yazmışdım: əgər ona artilleriyanı Murov dağına qaldır əmri verilsəydi, bunu da edərdi”, - deyə o bildirib.
- Məmurların adından “təcili” pul istəyirlər - Beynəlxalq araşdırma başladı
- Yaşı 18-dək olan şəxslərin diqqətinə: Hansı güzəştlər var?
- Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə başlanılır
- Bakıda 9 marşrutun hərəkət istiqaməti dəyişdirildi
- Llisenziyasız işləyən 29 həkim barədə protokol tərtib etdi
- Dövriyyəsi 10 milyon olan onlayn mərc şəbəkəsi ifşa edildi
- 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - KMBİ-dən əməliyyat - Video
- Azərbaycanda tranzit daşımaları rekord səviyyəyə çatdı