Bakıda məzun tələbələr üçün planlaşdırılan məzun gecəsi son anda ləğv edilib.
“BUTA.TV” “Bakupost”a istindən xəbər verir ki, bununla bağlı tələbələr sosial şəbəkədə paylaşımlar ediblər.
İddialara görə, tədbirə cəmi bir gün qalmış məzunlara gecənin baş tutmayacağı barədə məlumat verilib. Qeyd olunur ki, tədbirin təşkilatçılarından biri kimi təqdim olunan N.Möhbalıyeva tərəfindən təxminən 250 tələbədən hər biri 185 manat olmaqla ümumilikdə 46 250 manat vəsait toplanıb.
Sonradan məzunlara bildirilib ki, təşkilatçının hesabları dondurulduğu üçün vəsait dərhal geri qaytarıla bilməz.
“Ödənişlərin 10 gün ərzində qaytarılacağı vəd olunub. Lakin tələbələr üçün bu vəsaitin 10 gün sonra deyil, məhz indi qaytarılması vacibdir. Çünki bir çox tələbə məzun gecəsini başqa məkanda təşkil etmək üçün öz vəsaitinə ehtiyac duyur. Hazırda yüzlərlə tələbə və valideyn həm maddi, həm də mənəvi zərər çəkmiş vəziyyətdədir: Biz hadisənin səbəbləri, toplanmış vəsaitin taleyi və məsul şəxslərin öhdəlikləri ilə bağlı aidiyyəti qurumlardan rəsmi araşdırma və açıqlama gözləyirik”, - deyə paylaşımda qeyd olunub.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, pul vəsaitlərinin ələ keçirilməsi ilə bağlı polis idarəsinə müraciətlər daxil olub. Ərizə və izahatlar alınıb. Araşdırmalar davam etdirilir.
- Məmurların adından “təcili” pul istəyirlər - Beynəlxalq araşdırma başladı
- Yaşı 18-dək olan şəxslərin diqqətinə: Hansı güzəştlər var?
- Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə başlanılır
- Bakıda 9 marşrutun hərəkət istiqaməti dəyişdirildi
- Llisenziyasız işləyən 29 həkim barədə protokol tərtib etdi
- Dövriyyəsi 10 milyon olan onlayn mərc şəbəkəsi ifşa edildi
- 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - KMBİ-dən əməliyyat - Video
- Azərbaycanda tranzit daşımaları rekord səviyyəyə çatdı