ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı

18:24 - 25 İyun 2026 - GÜNDƏM

 ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı

Dünyanın müxtəlif ölkələrində futbol düşərgələri təşkil edən “Real Madrid Foundation” ABB-nin baş sponsorluğu və “Footland”ın təşkilatçılığı ilə bu il Azərbaycanda dördüncü dəfə “Real Madrid Foundation Azerbaijan Clinic” proqramını həyata keçirib.

“Sabis Sun International School”un ərazisində təşkil olunan futbol düşərgəsinin keçirilməsinə “Visa” da dəstək verib. Layihəyə Liv Bona Dea Hospital tibb tərəfdaşı kimi kömək göstərib.

Belə bir düşərgənin təşkilində məqsəd 6-17 yaş aralığında 300 uşağa futbol bacarıqlarını və idman dəyərlərini öyrətmək, bütün iştirakçıların unikal təcrübəyə yiyələnməsinə kömək göstərməkdir. Bu layihə beynəlxalq standartlara uyğun hazırlanıb. “Real Madrid Foundation” yüksək səviyyəli futbol məşqçilərinin rəhbərliyi altında xüsusi təlimlər keçməklə onlara futbol bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. Builki düşərgə zamanı aparılan seçimlər əsasında yeni bir uşaq futbol komandası formalaşdırılıb. Komanda ölkəmizi İspaniyanın Madrid şəhərində keçirilən "Real Madrid Foundation World Challenge" turnirində təmsil edəcək.

Xatırladaq ki, ötən il formalaşdırılmış komanda da bu ilin martında həmin turnirə qatılıb və 30 ölkənin komandaları arasında 3-cü yeri tutaraq bürünc medal qazanıb.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, ABB-nin rəsmi internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin Bankın rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol