Eritreyada saxlanılan Azərbaycan gəmiləri ilə bağlı danışıqlar davam edir.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edək ki, 2024-cü il noyabrın 7-də “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Azərbaycanın dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib.
Keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra bu dövlətin müvafiq qurumu girişin icazəsiz olduğunu vurğulayaraq gəmiləri saxlayıb.
Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan, 6 nəfəri isə əcnəbi vətəndaşları olmaqla, ümumilikdə 24 nəfər olub.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov məsələ ilə sonuncu açıqlamasında bildirib ki, qarşı tərəflərlə Ankara, Moskva səfirlikləri vasitəsilə də aparılan danışılarda müsbət irəliləyişlər müşahidə olunub.
- GM: Azərbaycan PUА sahəsində regional liderdir!
- Azərbaycanda ən populyar internet brauzeri...
- Anar Bayramovdan yeni - Təyinat
- Azər Məmmədov Qobustanda vətəndaşları qəbul etdi
- Anar Bayramovdan yeni - Təyinat
- Anar Əliyev Ronald Praysla görüşdü
- Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
- Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır