ABŞ-ın Ukrayna ilə bağlı mövqeyinin üç səbəbi var: Birincisi, mövcud İran-İsrail gərginliyi, ikincisi ABŞ-ın Ukraynanın təbii sərvətləri üzərində nəzarəti ələ keçirmək istəyi, üçüncüsü Avropa ilə əlaqəli məqam.
BUTA.TV xəbər verir ki, bu sözləri Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu Globalinfo.az-a açıqlamasında deyib.
Ekspertin sözlərinə görə, ABŞ maksimum dərəcədə Avropanı özündən asılı vəziyyətə salmaq istəyir:
“İstər Avropada keçirilən son seçkilərdə sağ düşərgənin qalibiyyətləri, istər Rusiyanın bu və ya digər dərəcədə təzyiqləri bunu aktual edir”.
Ekspert bildirib ki, İran və İsrailin birbaşa müharibəyə başlaması real deyil:
“Bölgədə ciddi proseslər gedir. Qərbin, ABŞ-ın, İsrailin müharibəyə başlaması üçün münbit şərait hələ yetişməyib. İsrailli rəsmilərin açıqlamaları da onu deməyə əsas verir ki, İranın daxilində gedən proseslərdən faydalanmaq niyyətindədirlər. ABŞ İranı danışıqlara dəvət edir. Bu, eyni zamanda Tehranda daxili siyasi elitada fikir ayrılıqlarına gətirib çıxarıb. Mühafizəkarlar bunda maraqlı deyillər. Hətta İran Prezidenti Məsud Pezeşkiana təzyiqlər edilir. Yəni İranın regional təcridi, iqtisadi nöqteyi-nəzərdən zəiflədilməsi və dini-etnik faktorlardan, narazılıqlardan yararlanmaq məsələsi gündəmdədir”.
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?
- Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı
- Suriya Azərbaycandan kömək istəyir
- Rusiya “sülh göyərçini”nə dönüb: 3 vasitəçilik təklifi və imtina…
- Bu yollarda kanat yolunun tikintisinə 40 milyon ayrıldı
- Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər