Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları ilə əlaqədar olaraq bir sıra parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq.
“BUTA.TV” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, iyunun 16-19-da baş tutacaq tədbirlə əlaqədar aşağıdakı parklanma sahələrinin bir hissəsi fəaliyyət göstərməyəcək:
Təbriz küçəsi (P10640)
İzzəddin Həsənoğlu küçəsi (P11053)
Bülbül prospekti (P90055)
Füzuli küçəsi (P90217)
Zərifə Əliyeva küçəsi (P90242)
Rixard Zorge küçəsi (P98202 və P90202)
Məhdudiyyətlər 15 iyun 2026-cı il saat 20:00-dan etibarən tətbiq ediləcək və 20 iyun 2026-cı il tarixinədək qüvvədə qalacaq.
- Müctəba Xameneinin vəziyyətini - Açıqladı
- Anası ilə alış-verişə çıxmışdı, həmin gün həyatı əbədi dəyişdi - 24 il sonra evə döndü… - Fotolar
- Dağıntıdan çıxan ən təmiz kadr... - Fotolar
- Azərbaycanda ən bahalı ixtisaslar açıqlandı
- “Təhsilin rektor olmağa nə dəxli var ki?” - Video
- Ermənistanla sərhəddə zəlzələ oldu
- Dəhşətli zəlzələdə ölənlərin sayı 100-ü ötdü - Yenilənib-Video
- Bakının bu ərazilərində qaz olmayacaq