Magistraturaya qəbul imtahanları keçirildi

15:18 - 14 İyun 2026 - GÜNDƏM

 Magistraturaya qəbul imtahanları keçirildi

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib.

Bu barədə BUTA.TV-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

İmtahan Bakı, Sumqayıt və Abşeronda təşkil olunub, saat 10:00-da başlanıb və 3 saat 30 dəqiqə davam edib.

İyunun 16-dan etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 4 həftə ərzində təqdim olunacaq.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavablarıtest tapşırıqlarının izahı ilə müvafiq hiperkeçidlərdə tanış ola bilərsiniz.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol