“Ölkəmizə qarşı aparılan səssiz müharibə kateqoriyalarından biri də enerji içkiləri ilə bağlıdır. Burada da hesabat hazırlanmalıdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Hikmət Babaoğlu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.
“Enerji içkilərinin satışı və istifadəsini də insan hüquqlarının pozulması kimi kateqoriyaya daxil etməliyik. Enerji içkilərindən istifadə edənlərin 23-25 yaşlarında şəkər xəstəlikləri baş qaldırır, tükənməzlik sindromu özünü biruzə verir. Bu isə demoqrafik proseslərə təsir edir və onların övladları olmur. Bu, çox dəhşətli bir şeydir. Enerji içkiləri genefondu qurutmaq üçün xüsusi düşünülmüş səssiz müharibə vasitələrindən biridir”, - deyə millət vəkili bildirib.
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı+Video
- Əhdi həmin videosuna görə saxlanıldı
- Hakan Fidan Suriyaya getdi
- İran və Ermənmistan “yaşıl” dəhliz yaradır
- “Allah sizi görür...” - Video
- Dünyann 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
- Szinpin Qlobal Cənuba çağırış etdi: Beynəlxalq hüquq...
- Putinin istirahət günü yoxdur - Peskov
- İfrat sağçıların reytinqi artdı - Merzin blokunu 9% üstələyir