Azərbaycan Dövlət Pedaqoji Universitetinin 1-ci kurs tələbəsi Əzizə Əsgərovanın ölümünə səbəb olmuş taksi sürücüsünə hökm oxunub.
BUTA.TV qafqazinfo.az-a istinadən xəbər verir ki, ADPU-nun "Tarix və coğrafiya fakültəsi" tarix müəllimliyi fakültəsinin 1-ci kurs tələbəsi olan Əzizə həmin gün yoldaşları ilə birgə Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində yerləşən Gənclər Mərkəzindəki tədbirə gedibmiş. Hadisə də o, Mərkəzin önündə yolu keçərkən olub.
Sürücü bildirib ki, 2023-cü ilin noyabrında baş vermiş hadisə vaxtı yolun kənarına çoxlu tələbə yığılıbmış və onlara tərəf baxdıqda fikri bir anlıq yayınıb. Nəticədə o, idarə etdiyi "Toyota Prius" markalı avtomobillə 17 yaşlı Əzizəni vurub.
Təqsirləndirilən şəxs məhkəmədən xahiş edib ki, hər iki valideynini itirməsi, uzun müddətdir ailəli olmasına baxmayaraq, övladının olmaması yüngülləşdirici hal kimi dəyərləndirilsin.
Niderlandlı qadına Şəkidə itlər hücum etdi - Belə xilas olundu+Video
Mərhum tələbənin atası Qalib Əsgərov isə sürücüyə ədalətli cəza verilməsini tələb edib: "İki ilə yaxındır ki, təqsirləndirilən şəxs və onun vəkili məhkəmə proseslərini uzatmaqla onun cəzadan yayındırılmasına çalışırlar. Qızımın vəfat etməsi bizi dərindən sarsıdıb. Sürücüdən şikayətçiyik və onun barəsində qanuni tədbirin görülməsini xahiş edirik".
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 1983-cü il təvəllüdlü E.Səfərova 5 il 3 ay həbs cəzası verilib. O, məhkəmə zalındaca qandallanıb. Cəza müddətindən sonra E.Səfərovun sürücülük hüququ əlavə 2 il müddətə məhdudlaşdırılıb.
- Ancelina Coli Ukraynaya səfər etdi
- “Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq
- Szinpin bu türk ölkəsinə səfər etdi
- Ukraynanın məğlubiyyəti yaxınlaşır - Peskov
- Kipr sahillərində 297 sərnişinin olduğu gəmi batır
- Dəhşətli anlar: Təyyarəni qaçırıb AES-ə doğru sürdü
- ABŞ-la neft sazişi: Rodriges detalları açıqladı
- “Hər bir ailənin öz yaxınlarının taleyini bilmək hüququ var”