Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin binası (ABU) söküləcək.
BUTA.TV xəbər verir ki, bu, "Bakı Metropoliteni" QSC-nin "Dərnəgül" elektrik deposunun tikintisi ilə bağlıdır.
Belə ki, depo tikiləcək ərazidən təxminən 464 yaşıllıq köçürüləcək. Müşahidələr onu göstərir ki, həmin ərazidə bu sayda ağac və kol yoxdur. Amma "Dərnəgül" elektrik deposu üçün ayrılan torpaq sahəsi ilə bitişik olan ABU-nun həyətində geniş yaşıllıq salınıb. Burada yüzlərlə ağac mövcuddur.
Ola bilər ki, köçürüləcəyi rəsmi şəkildə açıqlanan yaşıllğın bir hissəsi keçmiş ali məktəbin həyətinə düşəcək. Bu da ABU-nun binasının söküləcəyi qənaətinə gəlməyə əsas verir.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Teleqraf-a açıqlamasında bildirib ki, plana uyğun olaraq ərazidən 464 yaşıllıq köçürüləcək.
“Həmin ərazi 1986-cı ildən "Bakı Metropoliten"inə verilib. Bu o deməkdir ki, metropolitenin ərazisidir. O dönəmdə isə hazırda ərazidə gördüyünüz Azərbaycan Beynəlxalq Universitetinin, yeni binaların və digər insfrastrukturun heç birisinin izi-tozu yox idi. Ərazi həmişə metropolitenin sahəsi olub. Ora heç vaxt ABU-nun ərazisi olmayıb, onlar sadəcə orada universitet tikiblər. Biz öz ərazimizi hasarlamışıq”, - B.Məmmədov deyib.
Xatırladaq ki, ABU 1997-ci ildə yaradılıb. 2010-cu il sentyabrın 1-də keçmiş təhsil naziri Misir Mərdanovun imzaladığı əmrlə universitetin fəaliyyəti tamamilə dayandırılıb.
ABU-nun rektoru Elşad Abdullayev xaricə qaçıb və hazırda Fransada yaşayır.
- Rusiyada 3 azərbaycanlı barədə qərar verildi
- Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi
- Xəzər dənizi ilə bağlı növbəti mühüm iclas keçirildi
- AMEA Kamran Əsədova fəxri diplomu nə vaxt verib?
- Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı
- Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur
- Paşinyandan paylaşım: Azərbaycan qatarı Ermənistanda - Video
- Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı... - Nazirlik