Ermənistan-Azərbaycan danışıqlarının qısa tarixi göstərir ki, bu prosesdə bir sıra vasitəçilər, o cümlədən Rusiya, ABŞ, Avropa Birliyi və müxtəlif ölkələr iştirak edib.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyə mətbuatına müsahibəsində deyib.
“Konkret danışıqlara gəlincə, biz tək qalanda, iki ölkənin nümayəndələri bir otaqda olanda bacarırıq, birbaşa danışmaq imkanımız yaranır, asanlıqla fikir mübadiləsi aparırıq. Yəni texniki baxımdan heç bir problemimiz yoxdur. Ona görə də yəqin ki, başqa vasitəçiliyə ehtiyacımız yoxdur. Amma yenə də qeyd etdiyim bütün ölkələr, bəlkə də daha bir neçə ölkə müsbət töhfə verə bilər. Ona görə də qarşılıqlı fəaliyyət danışıqlarda vasitəçiliklə məhdudlaşmamalıdır”, - Mirzoyan bildirib.
- “Ağcaqanad, qurbağa əlindən oturmaq olmur” - Video
- Nəriman Həsənzadənin son durumu açıqlandı
- Türkiyədə zəlzələ baş verdi
- Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi
- Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - Foto
- Zelenski Hikmət Cavadı təltif etdi
- Onu sonuncu səfərində tək buraxmadı - Video
- 105 ildir belə isti görmürdülər...